Göygöl rayonu Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (iki kişi, bir qadın) iyulun 29-da saat 10:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin küt travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib. İxtisaslaşmış tibbi müayinə və müalicənin davam etdirilməsi məqsədilə hər üç pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda pasiyentlər instrumental-diaqnostik müayinələrə cəlb olunublar, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Göygöldə baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə bu gün saat 12:00-da Toğanalı kəndində baş verib.
Gəncə şəhərində yaşayan Kəlbəcər sakini, 1964-cü il təvəllüdlü Əli Bayram oğlu Dünyamılayev idarə etdiyi "Niva" markalı 99-RG-199 dövlət nömrə nişanlı avtomobillə Toğanalı kəndinə qonaq gələn, Beyləqan sakini, 2017-ci il təvəllüdlü piyada Nuray Rafael qızı Balaşovanı vurub. Piyadanın ciddi xəsarət almadığı bildirilir.
Əzizə İsmayılova
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qarşısına çıxan piyadanı vuran "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə piyada və maşında olan iki nəfər xəstəxanaya yerləşdiriliblər.