Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.
Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.
Ötən gündən başlayan güclü külək Qəbələ rayonunda da fəsadlara səbəb olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, külək Qəbələdə çoxlu sayda ağacın qırılmasına, dam örtüklərinin uçmasına səbəb olub.
Elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.