Sabunçu Tibb Mərkəzi publik hüquqi şəxsin direktorunun müavini - baş həkim İlahə Şükürovanın vəzifəsindən azad olunma səbəbi məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) oktyabrın 7-sindən tutduğu vəzifədən azad edilib.
Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib.
Aygün Mirakif
Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyinat almışdı.
Samir Əli