İmişli rayonunda şadlıq evində ölüm hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Rayonun Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı toyda olarkən ürək çatışmazlığından qəfil ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12