Lənkəran rayonunda iki nəfərin cəsədi tapılıb.
Oxu.Az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov