Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobillə "Ssang Yong" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar - 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova və 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.