Naxçıvan MR Şərur rayonunun Qarxun kənd sakini Sunay Siyafər qızı Məmiyeva qətlə yetirilib.
Oxu.Az NUHÇIXAN-a istinadla xəbər verir ki, onun qətlində şübhəli bilinən həyat yoldaşı Nadir Yunis oğlu Məmiyev saxlanılıb.
Bildirilib ki, o özü polis idarəsinə gələrək əməlini etiraf edib, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Nadir Məmiyev barəsində Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam edir.
Qaynar xətt:
(055) 224 12 12