Dekabrın 29-u saat 11:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan təcili çağırış qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Açıqlamada qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən bir şəxsə (kişi) yerində tibbi xidmət göstərilib:
"Həmin şəxs bədəninin müxtəlif dərəcəli travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".
Məhərrəm Əliyev
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş kanalizasiya quyusuna yıxılaraq, köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.