Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qubada sahibsiz it 8 yaşlı uşağa hücum etdi - Köməyə gələnlər də xəstəxanalıq oldular
Qubada küçə iti üç nəfərə müxtəlif xəsarətlər yetirib. Hadisə rayonun İkinci Nügədi kəndində baş verib.
Belə ki, səkkiz yaşlı uşaq məktəbdən evə qayıdarkən küçə itinin hücumuna məruz qalıb. Daha sonra onun köməyinə çatan iki qadını da it dişləyib.
"Uşağı qarşılamağa çıxanda gördüm ki, it ona hücum edib. Qonşular köməyə gəldilər. İti övladımdan ayıra bilmirdilər. Oğlum itin altında idi. Qonşu ayırmaq istəyəndə, it qolunu dişlədi. O biri bacısı da köməyə gəldi. İt onun da qolunu, qarnını dişlədi. Uşaq qan içində idi, güclə dartıb qurtara bildik", - məktəblinin anası deyib,
Hər üç şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, yaşlı qadınlara ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Uşağın isə travması ağır sayıldığı üçün Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Ətraflı Baku TV-nni süjetində:

Quba rayonunun 2-ci Nügədi kəndində küçə itlərinin hücumuna məruz qalan üç nəfərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 24-ü, saat 12:20-də Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan üç nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub. Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
2018-ci il təvəllüdlü şəxsin müalicəsi travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Quba rayonunda küçə iti üç nəfərə hücum edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.
Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.
Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.