Niderland Kralı Villem-Aleksandr ölkənin sülhü qorumaq üçün silahlanmalı olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Algemeen Dagblad" qəzeti məlumat yayıb.
"Biz çox uzun müddətdir azadlıq və sülhün həmişə bizimlə qalacağını düşünmüşük. Amma bu belə deyil. Sülh uğrunda həqiqətən də hazırlıqlı olmalı və təpədən dırnağa kimi silahlanmalıyıq", - monarx qeyd edib.