Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahibsiz itlərə rast gəlmək mümkündür.
Məlumata görə, iyul-avqust aylarında it dişləməsi ilə bağlı xəstəxanalara 100-dən çox müraciət daxil olub.
"Orada oturduğumuz yerdə gəlini dişləyəndən sonra Etibar adlı oğlanın üstünə cumub. Amma dişləməyib, o özünü müdafiə edə bilib", - sakinlərdən biri deyib.
"Uşağın, böyüyün üstünə cumur. Çölə çıxmaq mümkün deyil. Qapının ağzında yatır, elə bil ki, səni güdür", - başqa bir sakin bildirib.
Ətraflı Baku TV-nin süjetində: