Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, hər üç şəxs barəsində rayon polis şöbəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.