Papua-Yeni Qvineyanın Bismark dənizi akvatoriyasında 5.9 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri Yeni Qvineya adasının Lae şəhərindən 429 km şimalda, Manus adasından 134 km cənub-şərqdə qeydə alınıb.
Episentrdə silkələnmənin intensivliyinə görə seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6 bal kimi qiymətləndirib. ABŞ seysmoloqları zəlzələnin episentrinin 10 km dərinlikdə yerləşdiyini bildirib.