"İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Gökalpın ən böyük arzusu türk birliyini görmək idi. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) bu arzuları reallaşdırır. Bu baxımdan, Prezident İlham Əliyev TDT-ni qlobal aktor kimi səciyyələndirdi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Məmmədov deyib.
O bildirib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayda iştirak edən alimlərimiz 1937-ci il repressiyasının qurbanı oldular:

"Məncə, bu gün Türkologiya akademiyası qurmaq olar ki, bu akademiyada türk xalqlarının ortaq dili ilə bağlı araşdırmalar aparıla bilər".
Mərahim Nəsib