Azərbaycanda sabiq hərbi prokuror vəfat edib.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, baş ədliyyə müşaviri, təqaüddə olan hərbi prokuror Əhməd İmanquliyev 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ə.İmanquliyev Naxçıvan şəhər, Hacıqabul rayon, Qazax hərbi prokuroru vəzifələrində çalışıb. Həmçinin Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləyib.
Gülşən Hacıyeva