Şirvanda qadının körpəsini itirməsinin təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 10-u saat 22:07-də Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü qadın uşaqsalma sonrası vəziyyətində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata əsasən, 25-26 həftəlik hamilə qadın xəstəxanaya gedərkən yolda döl itirilməsi (uşaqsalma) hadisəsi baş verib və qanaxma ilə Doğum evinə qəbul edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Aygün Mirakif
Şirvanda doğum evində ölüm hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, döl ananın altı aylıq hamiləlik dövründə ölü doğulub.
Faktla bağlı araşdırma aparılır.