Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xocavənddə hərbi sursat partladı: Xəsarət alan şəxsin barmaqları amputasiya ediləcək
Xocavənd rayonunda əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində xəsarət alan şəxsin sol əlinin barmaqları ambutasiya ediləcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 5-i saat 13:30-da Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sol əlinin birinci, ikinci və üçüncü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

Aygün Mirakif
Xocavənd rayonunda hərbi sursat partlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.
Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ananın FOTOLARI
- Bakıda sükan arxasında olan sürücünün halı pisləşdi: TIXAC YARANDI
- DİN-dən iki rayonda ƏMƏLİYYAT: İranlı ilə əlbir olan 29 yaşlı şəxs ƏLƏ KEÇDİ
- Reketçilikdə ittiham olunan jurnalistlərə HÖKM OXUNDU
- Bakıda bank kartlarından 25 min manat oğurlayan şəxslər SAXLANILDILAR