Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Zaqatala rayonunun Muxax kəndi və Ağdaş rayonu ərazisində Dovudlu kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.
Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Həmçinin Zaqatala RQİİ-nin Ağdaş rayonu ərazisində Dovudlu kəndində yivli birləşmələrin ləğvi ilə əlaqədar 11.04.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək cəmi 98 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
Sabah Yevlax rayonunun 21 kəndində qaz təchizatında fasilə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax-Zaqatala xidmət sahəsində yerləşən "Xaldan" qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində, kanal üzərindən keçən diametri 219 mm olan polad boruda yaranmış sızma aradan qaldırılacaq.
Bu məqsədlə aprelin 11-də saat 10:00-dan etibarən "Xaldan" ölçü qovşağından (kollektorun çıxışından) qaz verilişi dayandırılacaq və təmir işləri başa çatanadək qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.
Qaz verilişində yaranacaq fasilə 21 kəndi və 5 791 abonenti əhatə edəcək.
Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.