Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalıda icarəyə verilən göl yararsız hala düşdü
"Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib".
Oxu.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.
Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müraciət edilib. Qurumdan saytın sorğusuna belə cavab verilib: "Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir".
Nümayəndəlikdən həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: "Bu səbəbdən də gölün suyunun təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq".
Həmin görüntüləri təqdim edirik:
"Xocalı şəhəri" teqi üzrə xəbərlər
- Üç əsrlik tarixə malik qədim Xankəndidə GÜNDƏLİK HƏYAT
- Ombudsman: "Kütləvi məzarlıqlar Ermənistanın insanlıq əleyhinə cinayətlərini bir daha təsdiqləyir"
- "Euronews" Qarabağdakı kütləvi məzarlıq haqqında material hazırlayıb
- Baku TV-də "Xocalı. Son toy..." filmi nümayiş olunacaq
- Rey Kərimoğlu: "Xocalıda vandallığı törədənlər ədalət məhkəməsində layiqli cəzanı almalıdır"