Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.
Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12