Zaqatala-Qax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, qəza zamanı xəsarət alan VAZ-2107 markalı avtomobilin sürücüsü, Muxax kənd sakini Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil VAZ-2109-la toqquşub.
Hadisə nəticəsində iki nəfər - Zaqatala rayon, Tala kənd sakini, 1990-cu il təvəllüdlü Əziz Müsail oğlu Kərimov və rayonun Muxaq kənd sakini Ramazan Mahmudov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli