“Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir”.
Oxu.Az xəbər verir ki, bu sözləri sentyabrın 30-da “Azərkosmos”un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O bildirib ki, bu günə qədər Bakı Konqresində dörd mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib:
“Bu, bizim üçün çox sevindirici haldır. Onu da qeyd edim ki, tədbir iştirakçılarının yarıdan çoxunu gənclər təşkil edir. Azərbaycan gəncləri bu sahədə çox aktivdirlər.
Elmi sahədə Azərbaycanın gənc alimləri tərəfindən 200-dən çox elmi məqalə təqdim edilib. Ümumilikdə, konqresə 195 ölkədən 3 500-dən çox elmi məqalə təqdim olunub”.
Könül Cəfərli
Rəylər