Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0.21 hektar ərazini, 1 340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyevin Qarabağ səfəri" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında
- İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq"