Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir müavini: "Vətəndaşın kimliyinin tanınması üsulları sadələşdirilir"
"Digital.login" vahid giriş sistemi vasitəsilə vətəndaşlar 145-dən çox hökumət portalındakı xidmətlərdən daha effektiv istifadə edə bilirlər. "Digital.login" vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsi üçün beş mövcud autentifikasiya, yəni vətəndaşın kimliyinin tanınması üsullarını sadələşdirir və bu prosesi daha təhlükəsiz edir. Bu, vətəndaşın vaxtına qənaət edərək, müxtəlif rəqəmsal xidmət portallarına girişi yüksək səviyyədə optimallaşdırır və vətəndaş məmnuniyyətini artırır".
Oxu.Az xəbər verir ki, bu fikirləri yenilənmiş "Mygov" rəqəmsal hökumət platformasının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O bildirib ki, Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir:
"RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə iki minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli altqurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1700-dən çox qurum inteqrasiya olunub".
Məhərrəm Əliyev
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - RƏSMİ AÇIQLAMA
- RİNN yanında İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqləndi
- "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
- "Rəqəmsal ekologiya" informasiya sistemi yaradıldı
- Rəhman Hümmətov: "İki marşrut Sumqayıta 12 minə yaxın sərnişinin daşınmasını həyata keçirir"
Rəylər