Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xərçəngin diaqnostikasında bahalı analizlərə son
Süni intellekt xərçəng toxumalarının şəklini çəkməyi öyrənib. Bu, xəstəliyin diaqnostikası üçün çox vacib bir ixtiradır. Yeni alət xərçəngin analizini təkmilləşdirir və xərcləri azaldır.
Oxu.Az-ın Ferra.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə elm adamlarının "Nature Machine Intelligence" jurnalında dərc olunan tədqiqat materialında xəbər verilib.
Bildirilir ki, "VirtualMultiplexer" adlı model xərçəngin diaqnostikasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.
Yeni modelin bahalı laboratoriya analizlərindən yayınmağa kömək edəcəyi vurğulanıb.
"Yoxlamalar virtual şəkillərin dəqiq və klinik cəhətdən faydalı olduğunu təsdiqləyir. Bu texnologiya fərziyyələri formalaşdırmağa və eksperimentləri planlaşdırmağa kömək edərək, xərçəng tədqiqatlarını və diaqnostikasını yaxşılaşdırmaq potensialına malikdir" , - deyə alimlər vurğulayıblar.
"Xərçəng xəstəliyi" teqi üzrə xəbərlər
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- Alimlər heyrətdə: Xərçəng hüceyrələrinin sağ qalmaq üçün hansı yola "baş vurduqları" öyrənildi
- Rusiyada yaşayan məşhur bakılı stilistə ağır xəstəlik diaqnozu qoyuldu
- Bağırsaqdakı təhlükəli bakteriyalar xərçəngə necə "kömək edir": Onkoloqun məsləhətləri
- ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib