Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma hərəkətində 145 kq ağırlığın öhdəsindən gələrək daha bir qızıl medal qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, o, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.