Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.
Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Beləliklə o, toplamda göstərdiyi 289 kq nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Qeyd edək ki. T.Məmmədov tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.