ABŞ hərbçiləri İranın Xarq adası və Cask şəhəri yaxınlığındakı obyektlərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bunu "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkə hesabında bildirib.
"ABŞ-nin yüksəkvəzifəli rəsmiləri Xarq adası və Cask yaxınlığındakı hədəflərə zərbələr endirilibb. Hədəflər arasında İran neft tankerləri də olub", - deyə o yazıb.
Bundan əvvəl "Tasnim" agentliyi ABŞ Silahlı Qüvvələrinin Xarq adası yaxınlığında İran neft tankerinə hücum etdiyini bildirmişdi. Agentliyin məlumatına görə, xəsarət alan olmayıb, ekipaj təxliyə edilir.
İranın Xarq adasında partlayış səsləri eşidilib.
Oxu.Az xəbərə verir ki, bu barədə TASS İran KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, Xarq adası yaxınlığında İranın neft tankeri ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb.
Digər təfərrüat açıqlanmır.