Almaniyanın "Bavariya" futbol klbunun hücumçusu Harri Keyn komandasının UEFA Çempionlar Liqasını qazanmağa yaxın olduğunu düşünür.
Oxu.Az xəbər verir ki, ingiltərəli forvard Almaniya mətbuatına açıqlamasında ötən mövsüm turnirin yarımfinalında mübarizəni dayandırmalarını xatırladıb.
"Bəli, həqiqətən də çempion ola bilərik. Düşünürəm ki, ötən mövsüm hər şeyi detallar həll etdi. Çempionlar Liqasını ardıcıl iki dəfə qazanan komandaya məğlub olaraq mübarizəni dayandırdıq. Bunun heç bir utancverici tərəfi yoxdur.
İndi mövsümə Çempionlar Liqasını qazanmalı olduğumuzu düşünərək başlayırıq. Uğur əldə etməyin yolunu tapmalıyıq", - deyə Keyn bildirib.
Qeyd edək ki, "Bavariya" UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda sentyabrın 10-da "Budyo Qlimt"lə qarşılaşacaq.