ABŞ milli futbol komandasının müdafiəçisi Kris Riçards 60 il ərzində dünya çempionatında heç vaxt əldə edilməmiş bir nailiyyətə imza atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sofascore Football" portalı məlumat verib.
Paraqvay komandasına qarşı qrup mərhələsi matçında (4:1) Riçardsın 83 ötürməsinin hamısı dəqiq olub. Mənbənin qeyd etdiyi kimi, daha əvvəl oyun ərzində ən azı 80 ötürməni yerinə yetirən heç bir futbolçu bu komponentdə 100%-lik dəqiqliyə nail ola bilməyib.
Qeyd edək ki, statistika 1966-cı ildən bəri aparılır.
Qaynar xətt:
(055) 224 12 12