Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AFFA-da yeni təyinat
AFFA-nın Media departamentində yeni təyinat həyata keçirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
Məlumata görə, vaxtilə "Keşlə"də (indiki "Şamaxı") mətbuat katibi olmuş Murad Axundov artıq federasiyanın Media departamentində bu gündən fəaliyyətə başlayıb.
O, qurumun müvafiq departamentində mütəxəssis vəzifəsinə gətirilib.
Xatırladaq ki, AFFA-da bu sahəyə tanınmış jurnalist Elnur Məmmədli rəhbərlik edir.
Anar Həsənov
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar