AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün I turunda baş verənlər müzakirə olunub.
Komitə mövsümün ilk cəzaları ilə bağlı qərar verib.
"Neftçi" - "Turan Tovuz" matçında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat cərimələnib.
"Sumqayıt" - "Kəpəz" görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə ediliblər. Bu qarşılaşmada oyun günü planı pozulduğuna görə "Sumqayıt" 1000 manat əlavə xərcə düşüb.
Qeyd edək ki, ilk turun oyunları avqustun 2-4-də keçirilib.
Rəylər