Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AFFA "Turan Tovuz"u cəzalandırıb
Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən "Kəpəz" - "Turan Tovuz" matçında baş verənlərlə bağlı qərarlar açıqlanıb.
Oxu.Az xəbər verir ki, 19 yanvar 2025-ci il tarixində Azərbaycan Premyer Liqasında 19-cu turun "Kəpəz" - "Turan Tovuz" oyununda 5 futbolçusu sarı vərəqə alan Tovuz klubu 700 manat cərimə edilib.
"Turan Tovuz" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cəriməyə məruz qalıb. Yerli azarkeşlər tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə klub 1000 manat cərimə edilib.
Qeyd edək ki, azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Turan Tovuz" daha 1500 manat cərimə olunub.
Rəylər