Nigeriya milli komandası Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda matçda Misiri məğlub edib.
Oxu.Az xəbər verir ki, turnir Mərakeşdə keçirilir.
Komandalar əsas vaxtda qol vura bilməyiblər. Penaltilər seriyasında isə 4:2 hesabı ilə Nigeriya qalib gəlib.
Qeyd edək ki, turnirin finalı yanvarın 18-də keçiriləcək. Həlledici oyunda ev sahibi Mərakeş və Seneqal qarşılaşacaqlar.