ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin 2026-cı il futbol üzrə dünya çempionatında matçları idarə etməli olan somalili hakim Ömər Əbdülkadir Artanın ölkəyə buraxılmaması məsələsinə münasibət bildirib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmi qurumların bu qərarına səbəb kimi referinin terror təşkilatları ilə əlaqədar olmasında şübhəli bilinməsi göstərilib.
"Məhkumluğu olan və ya cinayətkar qruplarla əlaqəsi ola biləcək şəxslərin ölkəyə girişinə heç bir halda icazə verməyəcəyik. Sənin hansı vəziyyətdə olmağın mənim vecimə də deyil. Bu şəxsə niyə rədd cavabı verdiyimizin təfərrüatına varmaq istəmirəm, ancaq bunun tutarlı bir səbəbi var. Hazırda solçu media guya bizim Somaliyə qarşı qərəzli olduğumuzu və bu oğlanın qurban olduğunu cəmiyyətə sırımaq istəyir. Xeyr, bu, qətiyyən belə deyil", - deyə Mullin vurğulayıb.
Qeyd edək ki, dünən start götürən DÇ-2026 iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.