Azərbaycanlı ağırlıqqaldıran Qasım İsmayılov Avropa birinciliyində üç medal qazanıb.
Oxu.Az xəbər verir ki, atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.
Belə ki, 75 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.
Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib. Beləliklə iki hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.