Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniyalı futbolçu "Sabah" klubunun ən məhsuldar oyunçusu olub
"Sabah"ın heyətində 40-cı qolunu vuran Coy-Lens Mikels klub tarixinin ən məhsuldar futbolçusu olub.
Oxu.Az xəbər verir ki, 30 yaşlı almaniyalı legioner "Turan Tovuz"la görüşdə fərqlənərək qollarının sayını 40-a çatdırıb.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda üç (altı oyun), avrokuboklarda iki (altı oyun) dəfə rəqib qapısına yol tapıb.
"Coy-Lens Mikels" teqi üzrə xəbərlər
Ən çox oxunanlar