Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Litvada təyyarə yaşayış binalarının üzərinə düşdü: Terror aktı?
Litva polisi DHL şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müxtəlif versiyaları, o cümlədən terror aktı ehtimalını nəzərdən keçirir.
Oxu.Az-ın LRT portalına istinadən xəbərinə görə, bu barədə polis komissarı, general Arunas Paulauskas məlumat verib.
Paulauskasın sözlərinə görə, hadisə texniki nasazlıq və ya insan faktoru nəticəsində baş vermiş ola bilər, bununla belə, terror aktı ehtimalını da istisna etmək olmaz.
O əlavə edib ki, araşdırma zamanı hadisənin bütün versiyaları yoxlanılacaq. Sübutların toplanması bir həftəyə qədər çəkə bilər.
Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsinin Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğraması nəticəsində göyərtədə olan DHL əməkdaşlarından biri ölüb, xilasedicilər dağıntılar arasından ikincinin axtarışını davam etdirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə baş polis komissarı Renatas Pojela məlumat verib.
Bundan əvvəl isə pilotlardan birinin təyyarə qəzasında öldüyü barədə məlumat verilmişdi.
"Xilasedicilər qəzaya uğramış təyyarənin kabinəsindən iki pilotu çıxarıblar, onların hər ikisi sağdır. Pilotlardan birinin vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ilkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub.
Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. İkimərtəbəli yaşayış binalarının üzərinə düşən təyyarənin pilotu həyatını itirib.
Bu barədə Oxu.Az LRT telekanalına istinadən xəbər verir.
Məlumata görə, xilasedicilər təyyarənin pilotunu təyyarənin qalıqları altından çıxarıblar və o, özünə gəlib, lakin bir neçə dəqiqə sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha iki nəfər isə xəstəxanaya çatdırılıb.
Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az-ın "Delfi" nəşrinə istinadən xəbərinə görə, bu barədə Litvanın Yanğın Təhlükəsizliyi və Xilasetmə Departamentinin Vəziyyətin əlaqələndirilməsi şöbəsindən məlumat verilib.
Məlumata görə, təyyarə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Təyyarədə dörd nəfər olub: iki pilot və iki işçi.
Xilasedicilər pilotlardan birini sağ çıxara biliblər.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
- Zaxarova təyyarə qəzası ilə bağlı: "Diplomatlarımız artıq Aktauya göndəriliblər"
- Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI
- AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı
- MDB liderləri AZAL təyyarəsində həlak olanların xatirəsini andılar
- ABŞ-də təyyarə avtomobil yoluna təcili eniş etdi: Ağır qəza baş verdi
Rəylər