Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AVRO-2024: İtaliya millisi çətin qələbə qazandı
Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatının B qrupunda İtaliya və Albaniya milliləri üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, gərgin keçən oyunda İtaliya millisi 2:1 hesabı ilə qələbə qazanıb.
Bununla da italiyalılar birinci turda ilk üç xallarını əldə ediblər.
İtaliya - Albaniya - 2:1. Qollar: Bayrami, 1 (0:1), Bastoni, 11 (1:1), Barella, 16 (2:1).
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.
Oxu.Az xəbər verir ki, "Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı almaniyalı baş hakim Feliks Çvayer idarə edir.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda ispanlar 3:0 hesablı qələbəyə sevinib.
İspaniya - Xorvatiya - 3:0. Qollar: Morata, 29, Ruiz, 32, Karvahal, 45+2.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.
Oxu.Az xəbər verir ki, Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi - İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

Futbol üzrə Avropa çempionatının I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, yekun nəticədə İsveçrə millisi oyunu qələbə ilə başa vuraraq (3:1) A qrupunda ilk üç xalını əldə edib.
Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.
Macarıstan - İsveçrə - 1:3 Qollar: Duah, 12 (0:1), Aebiçer, 45 (0:2), Varqa, 66 (1:2), Embolo, 90+3 (1:3) Köln, "Reyn Enerqi" stadionu.
Avropa çempionatının A qrupunda növbəti oyun keçirilir.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında Macarıstan və İsveçrə kollektivləri üz-üzə gəlirlər.
Qeyd edək ki, qrupun ilk oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

Bu gün Avropa çempionatında daha üç qarşılaşma keçiriləcək.
Oxu.Az xəbər verir ki, Macarıstan İsveçrə, İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə üz-üzə gələcək.
Macarıstan-İsveçrə görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
İspaniya-Xorvatiya ilə saat 20:00-da, İtaliya isə Albaniya ilə saat 23:00-da qarşılaşacaq.
15 iyun
A qrupu
Macarıstan-İsveçrə
Saat 17:00 - Köln Stadionu
B qrupu
İspaniya-Xorvatiya
Saat 20:00 - Berlin Olimpiya Stadionu
İtaliya-Albaniya
Saat 23:00 - "Signal İduna Park"
"AVRO-2024" teqi üzrə xəbərlər
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub