Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şamaxıda selin vurduğu ziyan niyə aradan qaldırılmayıb?
Şamaxıda leysan yağış və dolu ciddi fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, yağıntılardan sonra yaranan sel Ərçiman kəndində daha təsirli olub.
Sakinlər bildiriblər ki, sel bir neçə gün əvvəl ziyan vursa da, kənddə hələ də fəsadlar aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, son günlər ölkə ərazisinə yağan aramsız yağışlar Şamaxı rayonunda və bir neçə kənddə ciddi fəsadlar yaradıb:
"Dərhal komissiya yaradılaraq ərazilərə göndərilib. Hazırda bir neçə kənddə fəsadların aradan qaldırılması işləri həyata keçirildiyindən texnika və canlı qüvvə çatışmazlığı yaşanır. Qısa zamanda digər kəndlərdə də işlərə başlanacaq".
Ətraflı süjetdə: