Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.
Oxu.Az xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Həmçinin oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.
21:09
Azərbaycanın qadın cüdoçusu Vüsalə Hacıyeva Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
48 kq-da yer alan idmançı finalda israilli Libi Bekkerə qalib gələrək birinci yeri tutub.
55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov Portuqaliyanın Odivelas şəhərində keçirilən yarışın finalında Serbiya təmsilçisi Marko Corjiç üzərində qələbə qazanıb.
Bundan başqa, 60 kq-da çıxış edən Məhəmməd Musayev həlledici qarşılaşmada macarıstanlı Sebastyen Kolları yenərək Avropa çempionu olub.
Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk günündə 4 qızıl və 1 bürünc medal əldə ediblər. Vüsalə Hacıyeva və Məhəmməd Musayevdən əlavə, Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) də qitə çempionu olub, 55 kq-da mübarizə aparan digər idmançı Əhməd Rüstəmov isə bürünc medal qazanıb.
20:40
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.