“Qarabağ”-“Aberdin” matçı sona çatıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda qələbə qazanıb.
Matçda yeganə qolun müəllifi yarımmüdafiəçi Xayme Romero olub.
20:43
“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Avropa Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçında Şotlandiyanın “Aberdin” klubunu doğma meydanda qəbul edir.
Qurban Qurbanovun yetirmələri 30-cu dəqiqədə Xayme Romeronun qolu ilə hesabda irəli çıxıblar - 1:0.
Qeyd edək ki, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.