“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda vəsiqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib - 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
23:11
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”ın futbolçusu Marko Veşoviç qırmızı vərəqə alıb.
Qeyd edək ki, “Qarabağ” - “Hakken” (İsveç) oyununun ikinci hissə davam edir. Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.









Daha çox şəkil burada: PhotoStock.az
22:23
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” (İsveç) oyununda ikinci hissə başlayıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.
22:35
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ” - “Hakken” (İsveç) oyununda ilk hissə başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
“Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.
21:51
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Qarabağ” - “Hakken” (İsveç) oyununda ilk qol vurulub.
Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın birinci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
“Köhlən atlar”ın heyətində Leandro Andrade fərqlənib.
21:45
“Qarabağ”la “Hakken” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start verilib.
Görüşü albaniyalı FIFA referisi Yucin Caya idarə edir.
20:49
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək “Qarabağ” və İsveçin “Hakken” klubunun start heyətləri bəlli olub.
Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo
“Hekken”: 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

09:14
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
“Köhlən atlar” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
UEFA Avropa Liqası
VI tur
21:45. “Qarabağ” - “Hakken” (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.