Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropa Liqası: “Qarabağ”ın qapıçısı və yarımmüdafiəçisi liderdir
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.
Rusiyalı qolkiper 37 “seyv” edib. Kiprin “Aris” klubundan Vana Alves (30) ikinci, Polşanın “Rakuv” kollektivindən Vladan Kovaçeviç (27) üçüncü yeri tutub.
“Köhlən atlar”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub. Serbiyanın “Baçka Topola” klubundan Milan Radin (22) ikinci, “Aris”dən Culius Szoke (20) üçüncüdür.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...