Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhəri qitəmiqyaslı tədbirə ev sahibliyi edəcək və mərasimə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Bu püşkatma Azərbaycan futbolu üçün də xüsusi önəm daşıyır, çünki Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələn "Orhus" (Danimarka) və "Sabah" (Azərbaycan) cütünün məğlub tərəfini gözləyən rəqib məhz burada müəyyənləşəcək.
Uduzan komanda Avropa Liqasının pley-off mərhələsində aşağıdakı iddialı cütlüklərdən birinin qalibi ilə yaşıl meydanda münasibətlərinə aydınlıq gətirəcək:
"Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi;
"Makkabi" (Tel-Əviv, İsrail) - "ÇSKA Sofiya" (Bolqarıstan) cütünün qalibi;
"Lex" (Polşa) - Kİ Klaksvik (Farer adaları) cütünün qalibi;
"Hradets-Kralove" (Çexiya) - "Beşiktaş" (Türkiyə) cütünün qalibi.
Məlumat üçün bildirək ki, həlledici pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də, cavab matçları isə avqustun 27-də baş tutacaq.