Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Hövsan qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilməsində fasilə olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa ediləcək.
Qaynar xətt:
(055) 224 12 12