“Zalsburq” futbol klubunun rəsmi saytı “Qarabağ” futbol klubunun tarixi haqqında yazdı.
Oxu.Az xəbər verir ki, “Qarabağ” FK-ın tarixi haqqında yazıdan əlavə, “Zalsburq” futbol klubunun rəsmi saytında ermənilərin Dağlıq Qarabağın işğalına da toxunublar.
Belə ki, sözügedən məlumatda bildirilir ki, “Qarabağ” FK Ağdam şəhərini təmsil edir, lakin 1993-cü ildə Dağlıq Qarabağ müharibəsində Ağdam şəhəri ermənilər tərəfindən məhv edilib və işğal olunub.
Daha sonra məlumatda “Qarabağ” futbol klubunun Avropada qazandığı uğuru da vurğulanıb.
Xatırladaq ki, “Qarabağ”la “Zalzburq” arasında ilk oyun iyulun 30-u keçiriləcək. Tərəflər 1 həftə sonra Avstriyada üz-üzə gələcəklər.

Elvin Əhmədov
www.oxu.az