Gənclər və İdman Nazirliyinin qadın voleybolu üzrə Azərbaycan Super Liqasının oyununu canlı yayımlaması Avropa Voleybol Konfederasiyasının da diqqətindən yayınmayıb.
Oxu.Az xəbər verir ki, qurumun saytı fevralın 11-də nazirliyin “Azərreyl” – UNEC (2:3) matçını canlı yayımladığını bildirib.
Qeyd olunub ki, canlı yayım zamanı nazirliyin nümayəndəsi Nərmin Əhmədova və Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli birgə şərhçilik edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi qarşıdakı günlərdə voleybol üzrə kişi və qadın liqalarının növbəti oyunlarını, gimnastika üzrə ölkə çempionatını, eləcə də təqvim üzrə digər növlər üzrə çempionatları da canlı yayımlamağı qarşıya məqsəd qoyub. Canlı yayım zamanı oyunları nazirlik əməkdaşları ilə yanaşı, federasiyaların mütəxəssisləri də şərh edəcək.
Səbuhi Musa