Avstriyada fəaliyyət göstərən Vyananın “Karabax” klubu daha bir azərbaycanlı futbolçunu heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, III liqada mübarizə aparan komanda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Emil Fərzəliyevlə müqavilə bağlayıb.
Vyana klubu 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha yeddi futbolçunu – Edin Salkiç, Oktay Kazan, Aleksandar Milenkoviç, Yermano Lo Fo Sanq, Aleksandr Kuqan, Vladislav Kurakin və Rixard Vindişi ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Emil Fərzəliyev əvvələr Litvanın “Panevejis” və Bakının “Neftçi” klublarının formasını geyinib.
Bundan başqa, Azərbaycan millisinin 21 yaşadək komandasında çıxış etmiş Elvin Bədəlov və Dimitri Nağıyev də cari mövsümün əvvəlindən “Karabax”ın heyətində yer alır.
S.T.
www.oxu