Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Ayaks” ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
“Ayaks” ardıcıl üçüncü, ümumilikdə isə tarixində 36-cı dəfə Niderland çempionu olub.
Erik ten Haqın komandası “Herenven” üzərində qələbə qazanaraq (5:0) sona bir tur qalmış titulunu təmin edib.
Qeyd edək ki, “Ayaks” 2019 və 2021-ci illərdə də analoji uğura imza atıb. 2020-ci ildə isə koronavirusa görə mövsüm vaxtından əvvəl yarımçıq dayandırılıb və “Ayaks” liderliyə baxmayaraq, çempion kimi tanınmayıb.
Mənbə: sports.ru
"Niderland" teqi üzrə xəbərlər
Ən çox oxunanlar